Çökdürücü qurğular

maşın və texnoloji qurğularda sənaye yağları, benzin və s. - ni çökdürmə yolu ilə təmizləmək üçün işlədilən qurğular.
Çoxdibli qazıma
Çökmə süxurlar
OBASTAN VİKİ
Elektron qurğular
Elektron qurğular— yüksək texniki-iqtisadı göstəricilərinə nail olmaq üçün onlarda tətbiq olunan sxem həllərinin və element bazasının düzgün seçilməsi məsələlərinə xüsusi diqqət vermək lazımdır. Elektronikanının inkişafı bir istiqamət kimi tibbi elektronikanın yaranmasına da səbəb oldu. Bu sahələrdən biri optiki spektroskopiya üsulları biokimyada, kimyada, tibb elmində və s. istifadə edilməyə başladı. Spektroqrafın köməyi ilə diabetdə, miokard infarktında, böyrəklər xəstələndikdə diaqnozun qoyulması əhəmiyyətli dərəcədə yüngülləşdi. Digər mövzu isə lyumenessent analizlə əlaqədardır. Onun çevikliyi, sadəliyi və həssaslığı hesabına tibb dioqnostikaının bir sıra məsələlirini həll etmək olur. Lyumenessensiya sahəsində aparılan işlər rentgen şəkillərinin elektron-optiki gücləndiricilərinin yaradılmasında mühüm rol oynadılar. Rentgen şüalanmasını lyumenessent detektorları yarımkeçirici işıq mənbələri ilə birlikdə radioizotop diaqnostikasında – kompüter tomoqraflarında orqanizmdə ptoloji əmələgəlmələrin aşkar edilməsində uğurla tətbiq edilir. O ki, qaldı ultrasəs üsullarının diaqnostikası və terapiyasına onların istifadə diapazonu olduqca genişdir.
Gücləndirici qurğular
Gücləndirici qurğular— Qida mənbəyinin enerjisinin çıxış siqnalının enerjisinə çevrilməsi hesabına giriş elektrik siqnallarını gərginliyə, cərəyana və gücə görə gücləndirən qurğulara gücləndirici qurğular deyilir == Haqqında == Elm və texnikanın bütün sahələrində elektrik siqnallarını gücləndirən qurğular geniş t ətbiq edilir. Bu, müxtəlif qeyri-elektrik fiziki kəmiyyətlərin çevrilməsi prosesində alınan zəif elektrik siqnallarının, icraedici qurğularının normal iş rejimlərini təmin edən səviyyəyə q ədər gücləndirilməsi tələbi ilə əlaqədardır. Göründüyü kimi, güclənmə prosesinin mahiyyəti qida mənbəyinin enerjisini giriş siqnalının dəyişmə qanununa uyğun olaraq çıxış siqnalının enerjisinə çevirməkdən ibarətdir. Bu proses idarəoluna bilən qeyri-xətti elementin (məsələn, tranzistorun) köməyi ilə yerinə yetirilir. Beləliklə, qida mənbəyi ilə ardıcıl qoşulan və giriş elektrik siqnalı ilə idarə olunan gücləndirici qurğu qeyri-xətti element üzərində yaradılır. Gücləndirici qurğunun girişinə gücləndirilən siqnalın mənbəyi, çıxışına isə yük müqaviməti qoşulur. Gücləndirici qurğunun ümumiləşmiş struktur sxemi şəkil 1.1-də verilmişdir. Göründüyü kimi, gücləndiricinin iş prinsipi zəif U1 siqnalının qida gərginliyi mənbəyi ilə əlaqədar olan çıxış dövrəsində kifayət qədər yüksək çıxış U2 gərginliyinin dəyişməsinin idarəolunmasına əsaslanmışdır.
Radioverici qurğular
Radioverici qurğu- informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. == Vericilərin struktur sxemləri == Yüksək tezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiyanın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir.Vericidə üç əsas proses baş verir: — yüksək tezlikli rəqsin generasiyası; — yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; — yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur.
Cihazlar və qurğular
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. == Elektrik cihazlarının siyahısı == Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirəəsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Daxili qurğular (kompüter)
Kompüterin daxili qurğuları — kompüterin əsas işini təmin edən qurğulardır: Ana plata (prosessor, kontrollerlər, əməli yaddaş qurğusu (RAM), keş-yaddaş, akkumulyator batareyaları); Prosessorları qurmaq üçün adapterlər; Daimi yaddaş qurğusu (Winchester, ROM); Səs platası; Qida bloku.Prosessor – hesab və məntiqi əməliyyatların, proqramların yerinə yetirilməsi proseslərini idarə edən qurğudur. Prosessorun sürəti takt tezliyi, saniyədə taktların sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin edilir. Məsələn, 40Mhs – saniyədə 40 milliyon əməliyyat, 1000Mhs=1GHs. Yaddaş qurğuları Əmr və verilənləri yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar: Daimi yaddaş qurğusu (Read Only Memory – ROM) – yalnız oxumaq üçün istifadə olunan yaddaş olub, kompüterdəki bütün fayllar, qovluqları özündə saxlayır. İlk dəfə 1973-cü ildə İBM 3340 sistemin yaddaşında yaradılıb. Əməli yaddaş qurğusu (Random Access Memory – RAM) – ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-da saxlanılan verilənlər silinir.
ожере́лье третьегоди́чный воя́ка гостеприи́мно держать себя́ в руках многоуго́льник непроторённый око́льный поню́хивать прочеса́ть сконденси́ровать ashy cathead decarburize heel martialism parbleu prick out provoker retimber slippy warmer-upper дрожь кочевряжиться позитив